“Karvan-Yevlax”ın futbolçusu açıqlamasına görə cəza alıb, kluba cərimələr tətbiq edilib

Baş səhifə
Karvan-Yevlaxın futbolçusu açıqlamasına görə cəza alıb, kluba cərimələr tətbiq edilib

AFFA İntizam Komitəsi “Karvan-Yevlax” klubunun futbolçusu Vadim Abdullayevi bir oyunluq cəzalandırıb.

“Report”un məlumatına görə, buna yarımmüdafiəçinin “Kəpəz”ə uduzduqları Misli Premyer Liqasının XII turunun oyunundan sorna mediaya futbolun bütövlüyünə təhlükə yaradan, futbol qurumlarının etibarlılığını şübhə altına qoyan açıqlama verməsi səbəb olub.

Yevlax təmsilçisi sözügedən qarşılaşmada beş oyunçusu sarı vərəqə gördüyü üçün 700 manat ödəyəcək. Bölgə klubu matçda meydana kənar şəxslərin daxil olması ucbatından 2500, azarkeşlərin meydana kənar əşyalar atmasına görə 2000, fanatların hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi səbəbindən 5000 manat ziyana düşüb.