Prezident İlham Əliyev: Əminəm ki, bundan sonra da Azərbaycan-Slovakiya münasibətləri inkişaf edəcək

Baş səhifə

Bakı. Trend

Əminəm ki, bundan sonra da bu münasibətlər inkişaf edəcək. Çünki
biz konkret işlərin tərəfdarıyıq.

Bu fikirləri Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter
Pelleqrini ilə mətbuata bəyanatında səsləndirib.

“Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir.
Deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq
yaradılmışdır”, – deyə dövlətimizin başçısı vurğulayıb.