
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bəzi məsələlərdə fikir ayrılıqlarına
baxmayaraq, İsrailin Baş naziri Benyamin Netanyahuya dəstəyindən
imtina etmədiyini bildirib.
Bu barədə Donald Tramp radioaparıcı Hyu Hyuitə müsahibəsində
deyib.
“Xeyr, qətiyyən. Bizim münasibətlərimiz çox yaxşıdır”, – deyə
ABŞ prezidenti KİV-də onun Netanyahuya dəstəyi dayandırdığına dair
yayılan xəbərləri şərh edərkən bildirib.
“Bəzən onunla razılaşmıram. Bunu açıq şəkildə də deyirəm. Və
haqlı çıxıram”, – deyə Tramp Netanyahuya istinad edərək əlavə
edib.
“O, müharibə dövrünün baş naziridir. O, öz işini yaxşı görür”, –
deyə ABŞ prezidenti vurğulayıb.
Trampın fikrincə, əgər o və ya Benyamin Netanyahu vəzifələrində
olmasaydılar, İranın hərəkətləri səbəbindən “bu gün İsrail mövcud
olmazdı”.

