Bakı. Trend:
Tehran heç vaxt Hörmüz boğazına nəzarətdən imtina etməyəcək.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial
şəbəkəsində yazıb.
“İran həmişə boğazın keşikçisi olub və əbədi olaraq belə
qalacaq”, – deyə o, ABŞ prezidenti Donald Trampın Vaşinqtonun
Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi məsuliyyətini öz
üzərinə götürəcəyi ilə bağlı sözlərinə cavab verib.
Eyni zamanda, Əraqçi Trampın hər gəmi ilə daşınan yükün
dəyərinin 20 faizini bu xidmətlər üçün almaq planlarına zarafatla
cavab verib:
“ABŞ prezidenti boğazdan təhlükəsiz keçid üçün pul ödənilməli
olduğunu deyəndə haqlıdır (…). Amma 20%, şübhəsiz ki, çoxdur. Biz
daha ədalətli qiymət təyin edəcəyik”.

