Bakı. Trend:
Honkonqda daha iki çikunqunya virusuna yoluxma hadisəsi qeydə
alınıb və bununla da metropolisdə yoluxanların ümumi sayı 2025-ci
ildə 70-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə yerli sağlamlıq mərkəzi
bildirib.
Bildirilib ki, bu rəqəm əvvəlki bütün illərdə qeydə alınan ümumi
yoluxma hallarının sayından təxminən üç dəfə çoxdur.
Qeyd edilib ki, bu yaxınlarda Çinin materik hissəsinə səyahət
edən bir kişi və bir qadın xəstələnib. “Son yoluxma halları ilin
əvvəlindən bəri şəhərdə təsdiqlənmiş yoluxma hallarının ümumi
sayını 70-ə çatdırıb”, – deyə bildirilib.
Mərkəzin məlumatına əsasən, ağcaqanadlar vasitəsilə yayılan bu
infeksiyanın ilk halları 2006-cı ildə (3 hal) qeydə alınıb, daha
sonra xəstəlik 2016-cı ildə (8 hal), 2017-ci ildə (1 hal), 2018-ci
ildə (2 hal) və 2019-cu ildə (11 hal) qeydə alınıb.

