“Fiorentina” yeni baş məşqçisini açıqladı

Baş səhifə

Bakı. Trend:

İtaliyanın “Fiorentina” klubunun yeni baş məşqçisinin adına
aydınlıq gəlib.

Trend xəbər
verir ki, Florensiya təmsilçisini Paolo Vanoli çalışdıracaq. Bu
barədə klubun mətbuat xidməti məlumat yayıb.




53 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə
tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Paolo Vanolinin son iş yeri “Torino” olub. “Fiorentina” isə Stefano Pioli ilə yollarını ayırıb.