Bakı. Trend:
Moskva məhkəməsi səsi saxtalaşdıra bilən “Telegram” botlarla
bağlı təbliğat xarakterli informasiyanın yayılmasını qadağan
edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məhkəməyə müvafiq iddia ilə Moskvanın Mərkəzi inzibati
dairəsinin prokuroru müraciət edib. Aparılan yoxlama zamanı
internetdə istifadəçilərə mobil telefon zəngləri zamanı səsi
dəyişmək imkanı təklif edən bir neçə bot aşkarlanıb.
Məhkəmənin materiallarında qeyd olunur ki, belə xidmətlərə
sərbəst çıxış cəmiyyət arasında cəzasız şəkildə cinayət törətməyin
mümkünlüyü barədə yanlış təsəvvür yarada, həmçinin dövlət
orqanlarının və yerli özünüidarəetmə institutlarının nüfuzuna xələl
gətirə bilər.

