Bakı. Trend:
Çin Tayvanın şərqindəki sularda xüsusi hüquq-mühafizə
əməliyyatına başlayıb.
Trend-in məlumatına görə, bu barədə “Xinhua” agentliyi xəbər
verib.
“Bu əməliyyat Yaponiya və Filippinin Tayvan adasının şərqindəki
dəniz sərhədinin delimitasiyası ilə bağlı danışıqlara başlamaq
barədə birtərəfli elanına zəruri cavab olub və bu, Çinin ərazi
suverenliyini və dəniz hüquqlarını ciddi şəkildə pozur”, – deyə
agentlik qeyd edib.
Əməliyyatda Fuszyan vilayətinin Dəniz Təhlükəsizliyi İdarəsi,
Quandun vilayətinin Dəniz Təhlükəsizliyi İdarəsi, Şərqi Çin Dəniz
Gəmiçiliyinə Dəstək Mərkəzi və Şərqi Çin Dəniz Xilasetmə İdarəsi
iştirak edib.

