“Nvidia” dünyanın ən dəyərli şirkəti olub

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin çip istehsalçısı “Nvidia” bazar kapitallaşmasını beş
trilyon dollara çatdıraraq dünyanın ən dəyərli səhmdar şirkəti
statusunu qazanıb.

Trend xəbər verir
ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.




“Nvidia”nın səhmləri ABŞ Prezidenti Donald Trampın Çin lideri Si
Cinpinlə şirkətin çiplərinin Çinə ixracını müzakirə etmək niyyətini
açıqlamasından sonra 3,5% bahalaşaraq səhm başına 208,05 dollar
olub.

Agentlik əlavə edir ki, 2025-ci ildə “Nvidia”nın səhmləri
50%-dən çox qiymət artımı göstərib və bu, “S&P 500” indeksinin
ümumi artımının təxminən beşdə birini təmin edib.