Tərbiyəçi-müəllim vakansiyası üzrə qeydiyyata start verilir

Baş səhifə

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər
təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə vakant yerlərin
seçimi üzrə qeydiyyat başlayır.

Trend xəbər
verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, oktyabırın 29-dan başlayan qeydiyyat prosesi
noyabırın 4-ü saat 17:00-da başa çatacaq.

Vakant yerlər üzrə qeydiyyatdan 29 avqust 2025-ci il tarixində
keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test
imtahanı mərhələsində 45-60 bal aralığında nəticə göstərmiş
namizədlər keçə bilərlər.




Namizədlər yalnız bir məktəbəqədər təhsil müəssisəsi seçə
bilərlər.

Vakant yerlərin seçimi üzrə qeydiyyatdan keçmiş namizədlər SMS
vasitəsilə müsahibəyə dəvət olunacaqlar. Müsahibədə uğur qazanmış
namizədlər bal ardıcıllığına uyğun olaraq vakant yerlərə təyin
olunacaqlar.

Müsahibəyə dəvət olunan namizədlərin şəxsiyyət vəsiqəsi və
diplomunu təqdim etməsi mütləqdir.

Namizədlər aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçə
bilərlər.