Bu il 22 regionda 3 mindən çox qadın süd vəzi xərçəngi ilə bağlı müayinələrə cəlb edilib – TƏBİB rəsmisi

Baş səhifə

Bakı.Trend:

Bu il 22 regionda 3 mindən çox qadını süd vəzi xərçəngi ilə
bağlı müayinələrə cəlb etmişik.

Trend xəbər
verir ki, bu fikirləri TƏBİB-in təşkilatçılığı ilə keçirilən
“Xərçəngdən güclüsən” tədbirində qurumun Strateji inkişaf
departamentinin Korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar
Rüstəmli bildirib.




O vurğulayıb ki, TƏBİB-in 2025–2027-ci illər üzrə əsas planında
infeksion xəstəliklər xüsusi yer tutur və əsas strateji
istiqamətlərdən biri kimi müəyyən edilib:

“Bu günə qədər biz əhali arasında korporativ sosial xidmətləri
daha çox özəl sektordan gözləyirdik. Lakin hazırda dövlət qurumları
da bu istiqamətdə müəyyən layihələr həyata keçirir”.