Çexiya millisində müvəqqəti baş məşqçi bəlli oldu

Baş səhifə

Bakı. Trend:

Çexiya Futbol Federasiyası 2024-cü ilin yanvarından milli
komandaya rəhbərlik edən Qaşeki, 2026-cı il dünya çempionatının
seçmə mərhələsində Farer adalarına 1:2 hesablı məğlubiyyətdən sonra
vəzifəsindən azad edib.

Trend xəbər verir ki,
noyabrda keçiriləcək DÇ-2026-nın seçmə oyunlarında komandaya
Qaşekin məşqçi heyətində yer almış 35 yaşlı Yaroslav Keştl
rəhbərlik edəcək.




Qrup mərhələsinin son oyunlarında Çexiya San-Marino və Gibraltar
ilə qarşılaşacaq. Komanda 7 oyundan 13 xal toplayaraq seçmə
qrupunda 2-ci pillədə qərarlaşıb. Lider Xorvatiyadan (bir oyunu az
keçirib) 3 xal geri qalır.