Noyabrın 4-də AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yekun yubiley tədbirinə 21 ölkənin Akademiyasından 42 nümayəndə qatılacaq.
“Report” xəbər verir ki, bu barədə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyətinin növbəti iclasında deyib.
O bildirib ki, həmin günlərdə nümayəndələrin iştirakı ilə Akademiya Muzeyi açılacaq: “Həmçinin AMEA-nın Nadir Ağaclar Parkında ağacəkmə aksiyası, eləcə də “Yanardağ” Qoruğuna gəzintinin təşkil olunacaq”.
İ.Həbibbəyli qeyd edib ki, noyabr ayının 5-də isə Türk dünyasının Elmlər Akademiyalarının iştirakı ilə görüş keçiriləcək və Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı təklif və tövsiyələr hazırlanacaq.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

