Zakir Həsənov Özbəkistana səfər edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 20-də Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının müdafiə
naziri general-leytenant Şuhrat Xalmuxamedovun dəvəti ilə “Birlik-2025” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə
iştirak etmək üçün Səmərqəndə səfər edib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.




Səmərqənd şəhərində general-polkovnik Z.Həsənov özbəkistanlı
həmkarı ilə görüşüb. Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil
sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini
müzakirə edib, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə
təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin də iştirak etdiyi
görüşdə ölkələrimiz arasında mövcud hərbi əməkdaşlıq səviyyəsi
yüksək qiymətləndirilib, həmçinin bu əməkdaşlığın
genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.