“Qarabağ” “Turan Tovuz”u məğlub etdi –

Baş səhifə

Premyer Liqanın VIII turunda “Qarabağ” “Turan Tovuz”u məğlub edib.

Metbuat.az xəbər verir ki, “Azərsun Arena”da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

“Turan Tovuz”dan Alexandro Serrano 40-cı dəqiqədə penaltidən fərqlənib. “Qarabağ”ın qollarını isə Nəriman Axundzadə (55-ci dəqiqə) və Abdullah Zubir (63-cü dəqiqə) rəqib qapısından keçiriblər.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Qurban Qurbanovun baş məşqçisi olduğu komanda turnir cədvəlinin ilk pilləsinə yüksəlib. “Turan Tovuz” isə 15 xalla ikincidir.

Qeyd edək ki, turun bu gün baş tutan “Şamaxı” – “Kəpəz” matçında Gəncə təmsilçisi 4:1 hesablı qələbə qazanıb. VIII tura oktyabrın 19-da yekun vurulacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.