
Bakı. Trend:
Fudcita Səhiyyə Universiteti və Tokio Metropoliten Tibb Elmləri
İnstitutunun alimləri beynin sürətlənmiş qocalması ilə əlaqəli ola
biləcək bioloji marker müəyyənləşdiriblər.
Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.
Bu markerin təşviş pozğunluqları ilə bağlı olduğu ehtimal
olunur. Tədqiqatın nəticələri “Neuropsychopharmacology” jurnalında
dərc olunub.
Mütəxəssislər müxtəlif ruhi-əsəb pozğunluqlara malik 17 siçan
modelinin genetik məlumatlarını təhlil edərək hipokampda
“hiperyetkinlik” adlı bir hadisə aşkar ediblər.
Hipokamp beynin emosiyalar və yaddaş üçün cavabdeh olan
hissəsidir. Belə hallarda neyronlar həddindən artıq sürətlə inkişaf
edir və qocalır ki, bu da təşviş davranışının artması və emosional
tənzimləmənin pozulması ilə müşayiət olunur.

