Moskvada bu ilin 9 ayı ərzində Rusiyadan deportasiya olunan miqrantların sayı açıqlanıb

Baş səhifə

Moskvada 2025-ci ilin 9 ayı ərzində miqrasiya qanunlarını pozan 15 mindən çox əcnəbi Rusiya Federasiyasından deportasiya edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri Baş İdarəsinin Miqrasiya İdarəsinin rəisi vəzifəsini icra edən İqor Dudnik bildirib.

Onun sözlərinə görə, paytaxtda 2025-ci ilin 9 ayı ərzində 15 mindən çox xarici vətəndaş Rusiya Federasiyasından deportasiya edilib. İdarə rəisi ölkədən çıxarılan əcnəbilərin miqrasiya qanunlarını pozduğunu söyləyib.