Bakı. Trend:
İndoneziyanın Şərqi Yava bölgəsində yerləşən məktəb binasının
çökməsi nəticəsində ölənlərin sayı 54 nəfərə çatıb. Xilasedicilər
dağıntı yerində onlarla insanın ölüsünü axtarır.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, dini təmayüllü Əl-Xozini internat məktəbinin iki
mərtələbi binası ötən həftə uçub.
Bədbəxt hadisə vaxtı binada tikinti işləri aparılıb.
Müstəntiqlər qəza səbəbinin araşdırılmasını davam etdirsələr də,
bəzi rəsmilər çökmüş binanın təməlinin qeyri-sabit olduğunu əsas
gətirir.

