
Bakı. Trend:
Paytaxtın Xəzər rayonunda yerləşən evlərdən təmir-tikinti
alətləri oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polis
əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə
şübhəli bilinən əvvəllər məhkum olunmuş 29 yaşlı R.Mirzəcanov və
həmyaşıdı B.Cahangirov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla R.Mirzəcanovun bundan əvvəl də ayrı-ayrı şəxslərə
məxsus ümumilikdə 4840 manat dəyərində təmir alətləri, monitor,
maqnitofon, səsgücləndirici oğurlaması da məlum olub.
Araşdırmalar davam etdirilir.

