
Bakı. Trend:
Mayın 26-da Azərbaycanda istehsal olunan mallar Ermənistana
ixrac olunub.
Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat
verilib.
Bildirilib ki, 5911.21 ABŞ dollar dəyərində 1 ton 497 kiloqram
çəkisi olan “bina və qurğuların istilik izolyasiyası üçün
ekstruziyalı polistrol köpük lövhələr”dən ibarət mallar müvafiq
gömrük prosedurları həyata keçirildikdən sonra Ermənistan
Respublikası istiqamətinə yola düşüb.

