
Bakı. Trend:
Sentyabrın 26-da ölkə ərazisində qeydə alınan 50, əvvəlki
dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.
Trend
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən
borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti
üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

