Britaniyada gecə saatlarında yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırıla bilər

Baş səhifə

Bakı.Trend:

Böyük Britaniya hökuməti 16–17 yaşlı yeniyetmələrin gecə
saatlarında sosial şəbəkələrdən istifadəsini avtomatik
məhdudlaşdırmağı platformalar üçün məcburi etmək niyyətindədir.

Bu barədə ölkənin Elm, İnnovasiya və Texnologiyalar Nazirliyi
məlumat yayıb.




Təklif olunan tədbirlərə əsasən, tətbiqlər bu yaş kateqoriyasına
aid istifadəçilər üçün standart olaraq gecə saat 00:00-dan
06:00-dək xidmətlərə çıxışı məhdudlaşdıran rejimi
aktivləşdirməlidir.

Bundan əlavə, platformalar internetdə uzun müddət qalmağa təşviq
edən funksiyaları, o cümlədən videoların avtomatik oynadılması və
sonsuz fərdiləşdirilmiş xəbər lentini standart olaraq deaktiv
etməyə borclu olacaqlar. Bununla belə, istifadəçilər bu
parametrləri müstəqil şəkildə dəyişə biləcəklər.