BMT-nin Baş Assambleyasında çıxış etmək üçün təşkilatın mənzil qərargahına gələn ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün ukraynalı həmkarı Volodimir Zelenskiyə təsir göstərməyi planlaşdırıb-planlaşdırmadığı barədə Rusiya KİV-in sualını cavablandırmaqdan imtina edib.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Tramp həmçinin yaxın zamanda Moskvaya səfərinin perspektivləri haqqında suala da cavab verməyib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin avqustun 15-də Alyaskada görüş zamanı Trampı Moskvaya dəvət etmişdi.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

