ABŞ-də kişi eksperiment xatirinə 25 gün ərzində çiy toyuq yeyib – VİDEO

DIN


ABŞ-də Con adlı kişi eksperiment xatirinə 25 gün ərzində çiy toyuq yeyib.

Bununla bağlı o “Instagram” hesabında video paylaşıb.

Onun sözlərinə görə pəhriz saxlamasına baxmayaraq, özünü əla hiss edir.

Amerikalı mədəsi ağrımağa başlayana qədər təcrübəni davam etdirəcəyini bildirib. O, həmçinin əlavə edib ki, insanlara çiy ətin yeyilə biləcəyini sübut etmək üçün təcrübəyə başlayıb.

Con toyuğu yerli fermadan alır və belə qidalanma səbəbindən təhlükəli xəstəliyə tutulmaqdan qorxmur.

“Çiy toyuqda xüsusi bir dad yoxdur, ancaq soya sousu və vasabi əlavə edildikdə, olduqca dadlı alınır”, – deyə kişi etiraf edib.

Con əlavə edib ki, çiy ət yeməyə davam etməyi planlaşdırır.

“Düşünürəm ki, bu, 100 günə qədər və ya xəstəxanaya yerləşdirilənə qədər davam edəcək”, – deyə o zarafat edib.

Mənbə: Daily Mail

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir