“Böhran” içində olduğu deyilən ermənilər şənliklər keçirirlər – VİDEOFAKT

HƏRBİ


“Humanitar böhran” içində olduğu deyilən ermənilərin şənliklər təşkil etməsinin görüntüləri yayılıb.

“Trend” xəbər verir ki, avqust ayının son günlərində lentə alınan görüntülərdə Qarabağda yaşayan ermənilərin şənlik keçirdikləri və əyləncə partiləri təşkil etdikləri açıq aşkar görünür.

Görüntülərdə bütün dünyaya “humanitar böhran” içində olduqlarına bəyan etməyə çalışan ermənilərin heçdə acınacaqlı vəziyyətdə olmadıqları açıq-aşkar görünür.

Ermənilər növbəti dəfə saxta informasiya kampaniyası başladaraq öz məqsədlərinə nail olmaq istəyirlər. Yayılan görüntülər və xəbərlər “humanitar böhran” məsələsinin tamamilə yalan olduğunu isbat edir.

Xatırladaq ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Ərzaq dolu yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.

Ermənilərin heç də “böhran” içərisində olmadıqlarını əks etdirən həmin görüntülərini təqdim edirik:

 

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir