“Yelo Bank”dan aztəminatlı ailələrə bayram sevinci (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bu il Novruzun gəlişi və müqəddəs Ramazan bayramları eyni günə
təsadüf edir. Paylaşmaq bu bayramların ən gözəl və unudulmaz
ənənəsidir. Belə günlərdə bir-birimizə dayaq olmaq, xoş anlarımızı
bölüşmək isə daha böyük məna kəsb edir.

“Yelo Bank” özəl günlərdə ailələrin yanında olmaq və onlara
dəstəyini hiss etdirmək üçün illərdir davam edən ənənəsinə sadiq
qalıb. Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birlikdə Sumqayıtda
reallaşdırılan növbəti təşəbbüs çərçivəsində şəhid ailələri,
qazilər və sosial qayğıya ehtiyacı olan şəxslərlə görüş keçirilib,
onlara bayram sovqatları təqdim edilib.




Layihənin əsas məqsədi bayram bərəkətini hər evə, xüsusən də
qayğıya ehtiyacı olan ailələrə çatdırmaq, onlarla bir arada
olduğumuzu hiss etdirməkdir. Bank, cəmiyyətin rifahına yönəlmiş
sosial məsuliyyət təşəbbüslərini gələcəkdə də davam etdirməyi
hədəfləyir.

“Yelo Bank” hər kəsə ruzi-bərəkətli və hüzur dolu bayramlar arzu
edir!

Bank xidmətləri, o cümlədən kredit kalkulyatoru
haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!