“Lufthansa” təyyarəsi Fransada təcili eniş edib

Baş səhifə

Bakı. Trend:

Almaniyanın “Lufthansa” aviaşirkətinə məxsus Frankfurt-Mayn
şəhərindən Lissabona uçan təyyarə göyərtəsində xarici
akkumulyatorun (“powerbank”) alışması səbəbindən Fransanın Lion
şəhərində məcburi eniş edib.

Bu barədə “RTL” telekanalı aviaşirkətin rəsmi nümayəndəsinə
istinadən məlumat yayıb.




Aviaşirkətin məlumatına görə, hadisə ötən axşam baş verib. “Powerbank” sərnişin oturacaqlarından birinin yaxınlığında alışıb.
Ekipaj üzvləri cihazı xüsusi yanğınsöndürmə çantasına yerləşdirərək
təhlükəni operativ şəkildə aradan qaldırıblar. “Təhlükəsizlik
baxımından pilotlar Lionda məcburi eniş etmək qərarına gəlib və
eniş üçün prioritet hüquq əldə etmək məqsədilə fövqəladə siqnal
elan ediblər”, – deyə aviaşirkətdən bildirilib.

Lion hava limanında fövqəladə eniş yerli vaxtla saat 21:55-də
təyyarənin İsveçrə ərazisi üzərində hündürlük itirməyə
başlamasından sonra qeydə alınıb. Təyyarə Frankfurtdan saat
20:47-də havaya qalxıb. Təyyarənin göyərtəsində 198 sərnişin və 6
ekipaj üzvü olub.