
Bakı. Trend:
Türkiyədə şəhərlərarası avtobusun iştirakı ilə baş verən yol
qəzasında azı 7 nəfər həlak olub, 10 nəfər xəsarət alıb.
Bu barədə “NTV” telekanalı təcili yardım xidmətlərinə istinadən
məlumat yayıb.
Qəza bazar günü Suriya ilə sərhəddə yerləşən Qaziantep
vilayətinin Nurdağı rayonunda baş verib. Avtobus Qaziantep-Osmaniyə
avtomobil yolunun bir hissəsində minik avtomobili ilə toqquşub və
aşıb.
İlkin məlumata görə, avtobus yerli sakinləri daşıyırmış.

