Türkiyə böyük hesabla məğlub oldu

Baş səhifə

İtaliya milli komandası Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilən oyunda Türkiyəni böyük hesabla – 4:1 hesabı ilə məğlub edib. Qarşılaşma Türkiyənin Bursa şəhərində baş tutub.

Modern.az xəbər verir ki, qonaq komandanın heyətində Alessandro Bastoni, Davide Frattesi, Maykl Kayode və Pio Espozito fərqləniblər: meydan sahiblərinin heyətində isə qolu Barış Yılmaz vurub.

İtaliya üç xal qazanaraq A Liqasının 1-ci qrupunda üçüncü pillədə qərarlaşıb. Türkiyə isə ikinci məğlubiyyətini alıb və xalsız qalıb.

Növbəti oyunlarda İtaliya Fransa ilə, Türkiyə isə Belçika ilə qarşılaşacaq. Matçlar oktyabrın 2-nə təyin edilib.