FTB direktor müavini vəzifəsindən istefa verib

Baş səhifə

Bakı. Trend:

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktor
müavini Endryu Beyli vəzifəsindən istefa verdiyini açıqlayıb.

Bu barədə Endryu Beyli “X” sosial şəbəkəsindəki
hesabında paylaşım edib.

“Prezident Donald Trampa, ABŞ-nin Baş prokuroru Todd
Blanşa və FTB direktoru Kaş Patela FTB-də xidmət etmək imkanına
görə təşəkkür etmək istəyirəm. Prezident Trampın rəhbərliyi ilə biz
“Amerikanı yenidən təhlükəsiz etmək” missiyamız çərçivəsində tarixi
nəticələr əldə etmişik.




Əldə etdiklərimizlə böyük qürur hissi keçirərək,
ailəmin yanına, Missuriyə qayıtmaq üçün vəzifəmdən ayrıldığımı elan
edirəm.

Əminəm ki, direktor Patel FTB-də islahatları davam
etdirəcək, zorakı cinayətkarlıqla mübarizə aparacaq, ölkənin
təhlükəsizliyini qoruyacaq, təşkilati məsuliyyətin yüksək səviyyədə
təmin olunmasına nail olacaq və mükəmməlliyi ilə seçilən bu quruma
ictimai etimadı bərpa edəcək”, – deyə o qeyd edib.