Kəlbəcərə sərmayə üçün tarixi fürsət: İlk özəl kompleksin satış şərtləri (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq
işləri Kəlbəcərdə yeni şəhər mühitinin formalaşması ilə müşayiət
olunur. Kəlbəcərin dirçəlişi təkcə dövlət layihələri ilə deyil, həm
də vətəndaşlarımızın və özəl sektorun bu prosesdəki fəal iştirakı
ilə mümkündür.

Bu gün Kəlbəcərə edilən hər bir sərmayə, istər mənzil, istərsə
də kommersiya obyekti alınması həm ölkəmizin regionlarının
inkişafına verilən dəyərli töhfə, həm də vətəndaşlarımız üçün
gələcəyə atılmış ən etibarlı iqtisadi addımdır.

Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Plana
əsasən, burada müasir yaşayış, ictimai və turizm infrastrukturu
yaradılacaq, əhalinin sayı isə 17 min nəfərə çatdırılacaq. Bu
sürətli inkişaf fonunda Kəlbəcərin mərkəzində, Tərtər çayının
yuxarısında şəhərin ilk özəl yaşayış kompleksinin tikintisi uğurla
davam edir.

İsveçrənin “SA Partners” şirkətinin hazırladığı
şəhərsalma konsepsiyası əsasında layihələndirilən kompleks 1,13
hektar ərazini əhatə edir. Layihədə 6 bina, 9 blok və 164 mənzilin,
həmçinin yeraltı qaraj, qapalı həyət və yaşıllıq zonalarının inşası
nəzərdə tutulur.




Kəlbəcərin gələcək inkişafında turizm xüsusi yer tutur. Tarixi
İstisu kurortunun yenidən qurulması, müalicə mərkəzləri, o cümlədən
Baş Planda yer alan xizək idmanı obyektləri şəhəri 4 fəsil turizm
mərkəzinə çevirəcək.

İlk özəl yaşayış kompleksinin mərkəzdə inşa olunması
vətəndaşlarımıza bu quruculuq prosesinin ön sıralarında yer almaq
və Qarabağın yenidən çiçəklənməsinə öz adlarını yazdırmaq fürsəti
verir.

Mənzillər təmirli və təmirsiz variantlarda təqdim olunur. 30%
ilkin ödənişlə 24 aylıq hissəli ödəmə imkanı nəzərdə tutulub.

Layihə barədə ətraflı məlumat:

📞 +994 50 553 5555
📍Satış ofisi: 3 saylı ASAN Xidmət, 7-ci mərtəbə
🌐 kalbajarcity.com