
Bakı.Trend:
Serbiyanın Milli Assambleyasının spikeri Ana Brnabiç
Serbiyanın Prezidenti səlahiyyətlərinin icrasına başlayıb.
Bu barədə “Politika” məlumat yayıb.
Sabiq dövlət başçısı Aleksandr Vuçiç prezident
səlahiyyətlərini ona təhvil verib. Səlahiyyətlərin təhvil-təslimi
Serbiya Prezidentinin Administrasiyasında baş tutub. Burada müvafiq
protokol imzalanıb, rəsmi sənədlər, hesabatlar, hədiyyələrlə bağlı
qeydlər və respublika prezidentinin möhürü təhvil verilib.
Ana Brnabiç 1975-ci ildə Belqradda anadan olub, Böyük
Britaniyanın Hull Universitetində ali təhsili alıb. O, 2017-ci ildə
Serbiyanın baş naziri təyin edilib və 2024-cü ilin martına qədər üç
hökumətə rəhbərlik edib, daha sonra Milli Assambleyanın spikeri
seçilib.
Xatırladaq ki, Aleksandr Vuçiç 27 sentyabrda prezident
vəzifəsindən istefa verərək oktyabrın 25-də keçiriləcək
növbədənkənar parlament seçkisində Serb Tərəqqi Partiyasının baş
nazirliyə namizədi kimi iştirak etmək qərarına gəlib.

