Goranboyda avtomobil məktəblini vurub öldürdü

Baş səhifə

Goranboyda avtomobil piyadanı vurub.

Modern.az xəbər verir ki, hadisə Şahməmmədli kəndində qeydə alınıb.

22 yaşlı sürücü idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 13 yaşlı Ə. Əsgərovu vurub. Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Mərhumun orta məktəbin 7-ci sinfində təhsil aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.