İranın Qəşm adası yaxınlığında partlayış səsləri eşidilib

Baş səhifə

İranın cənubundakı Hörmüzqan əyalətində yerləşən Qəşm adası yaxınlığında dəniz istiqamətindən partlayış səsləri eşidilib.

APA xəbər verir ki, bu barədə İranın rəsmi IRNA xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, adıçəkilən istiqamətdən bir neçə partlayış səsi eşidilib. İlkin məlumatlarda Qəşm adasının özünün hədəfə alındığına dair hər hansı məlumatın olmadığı qeyd edilib.

İranın yerli mənbələri də partlayış səslərinin Qəşm, Minab və Sirik sahillərində eşidildiyini yazıb. Hörmüzqan əyalətinin rəsmilərinin ilkin məlumatına əsasən, səslər dəniz istiqamətindən gəlib.