ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ölkənin B-1 strateji bombardmançı
təyyarələrinin Böyük Britaniyadakı “Fairford” aviabazasından
çıxarılmasının səbəbini onlara qarşı mövcud təhdidlərlə
əlaqələndirib.

Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən
təyyarələrin bazadan çıxarılmasının təsadüfi olmadığını bildirib.
Onun sözlərinə görə, təhdidlərin İranla əlaqəli olduğuna inanmaq
üçün əsas var.




Sentyabrın 27-də “Fairford” aviabazası yaxınlığında beş nəfər
saxlanılıb. Onlar əvvəlcə partlayıcı maddələr və terrorla mübarizə
qanunvericiliyini pozmaqda şübhəli biliniblər. Lakin polis daha
sonra onların mikroavtobusunda partlayıcı maddə aşkarlanmadığını
bildirib.

Pentaqon oktyabrın 4-də “Fairford”da yerləşdirilən bütün B-1
bombardmançılarının ABŞ-yə qaytarıldığını təsdiqləyib.