Kerosin böhranı Almaniyada 20 milyon sərnişinə təsir edə bilər

Baş səhifə

Bakı. Trend:

Almaniya hava limanı operatorları davam edən kerosin böhranından
narahatdırlar.

Trend xarici
mediaya istinadla xəbər verir ki, bunu Almaniya Mülki Aeroportlar
Assosiasiyası baş direktoru Ralf Beisel bildirib.

Onun sözlərinə görə, ən pis ssenaridə bəzi hava limanlarının 10
faiz azalma təhlükəsi ilə üzləşə və bütün hava limanları üçün
hesablandıqda isə böhran 20 milyon sərnişinə təsir edə bilər.

“Xüsusilə ucuz aviaşirkətlərdə və turistik baxımdan daha az
əhəmiyyətli istiqamətlərdə uçuşların ləğvindən xüsusilə narahatıq”,
– deyə baş direktor bildirib.

O əlavə edib ki, bəzi istiqamətlərə artıq ümumiyyətlə uçuşlar
həyata keçirilməyəcək, digərlərinə isə daha az və yüksək
qiymətlərlə uçuş təklif olunacaq.




Ralf Beiselin sözlərinə görə, uçuşların ləğvi yanacaq xərcləri
səbəbindən daha tez baş verə bilər.

“Son iki aydır ki, kerosin qiymətləri müharibədən əvvəlkindən
ikiqat yüksəkdir. Önümüzdəki aylarda normallaşma gözləmirik.
Kerosin mövcud olsaydı belə, aviaşirkətlər bir çox uçuşları bu
qiymətlərlə iqtisadi cəhətdən sərfəli şəkildə həyata keçirə
bilməzdilər”.

Hava limanları kerosin böhranının təsirlərini azaltmaq üçün
hökumətdən güzəştlər tələb edir. Bu kontekstdə Beisel bildirib ki,
qısa müddətdə hava nəqliyyatı vergisi dayandırılmalı, orta müddətdə
isə ən azı yarıya endirilməlidir.

Almaniyada hava nəqliyyatı vergisi Avropada ən yüksək
vergilərdən biridir və Almaniyanın aviasiya mərkəzi kimi mövqeyinə
əhəmiyyətli bir yük qoyur.