Ukraynada Prezident Ofisinə yeni müşavir təyinatı qalmaqal yaradıb

Baş səhifə
Ukraynada Prezident Ofisinə yeni müşavir təyinatı qalmaqal yaradıb

Ukraynada Prezident Ofisinin rəhbəri Kirik Budanova yeni müşavir təyin olunub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bu posta keçmiş prezident Viktor Yanukoviçin yaxını, onun dövründə Baş nazirin müavini olmuş oliqarx Sergey Tiqipko təyin edilib.

Təyinat Ukrayna ictimaiyyətində geniş rezonansa və narazılığa səbəb olub.

Qeyd edilib ki, təyinat ictimaiyyətə açıqlanmadan, mətbuat yazdıqdan sonra aşkar edilib.