ABŞ Bəndər-Abbas yaxınlığındakı hədəflərə raket zərbələri endirib

Baş səhifə

ABŞ İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Bəndər-Abbas şəhəri ətrafındakı bəzi hədəflərə raket zərbələri endirib.

Bu barədə APA-nın Tehran bürosu Hörmüzqan vilayətinin rəhbərliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, hücum təxminən bir saat əvvəl baş verib və ABŞ raketləri Bəndər-Abbas ətrafındakı bir neçə məntəqəni hədəfə alıb.

Məlumata görə, hücum nəticəsində mümkün itkilər və dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, Bəndər-Abbas İranın ən böyük liman şəhəri olmaqla yanaşı, ölkənin əsas ticarət limanlarından birinə ev sahibliyi edir.