Bakı. Trend:
Yaponiyanın Baş naziri Sanae Takaçi ölkənin demoqrafik böhranı
ilə mübarizə üçün yeni “Əhali Strateji Mərkəzi” yaradıldığını elan
edib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki,Takaçi mərkəzin əsas məqsədinin
azalan əhali probleminə qarşı “məcburi olmayan” tədbirlər tətbiq
etmək, hər vətəndaşın istədiyi bölgədə yaşaya biləcəyi cəmiyyət
modellərini inkişaf etdirmək olduğunu bildirib.
Hökumət “yeni regional iqtisadiyyatların” qurulmasını hədəfləyir
və yerli bələdiyyələrə əhali azalması ilə mübarizədə dəstək verməyi
planlaşdırır.
Qeyd edək ki, proqnozlara görə, 2040-cı ilə qədər 65 və daha
yuxarı yaşda olanların payı Yaponiyanın ümumi əhalisinin 35%-dən
artıq ola bilər.

