Baş nazir Macarıstan prezidentindən 18 iyuldan gec olmayaraq istefa verməsini tələb edib

Baş səhifə

Bakı. Trend:

Macarıstan Prezidenti Tamaş Şuyok parlamentin qəbul etdiyi və
onun vəzifədən kənarlaşdırılmasını nəzərdə tutan Konstitusiyaya
17-ci düzəlişi ən geci iyulun 18-dək imzalamalıdır.

Bu barədə Baş nazir Peter Magyar Budapeştdə keçirdiyi mətbuat
konfransında bildirib.

Baş nazirin sözlərinə görə, əks halda dövlət başçısına qarşı
impiçment proseduru başlana bilər.




“Əsas Qanuna 17-ci düzəlişi imzalaması üçün ona verilən beş
günlük müddət şənbə axşamı başa çatır”, – deyə o bildirib.

O xatırladıb ki, deputatlar sənədi iyulun 13-də qəbul ediblər və
qanunvericiliyə əsasən prezidentin sənədi ya imzalaması, ya da geri
qaytarması üçün beş günü var.

Prezident parlamentdə sənədin qəbul prosedurunda hər hansı
pozuntu aşkar edərsə, onu öz qeydləri ilə birlikdə Konstitusiya
Məhkəməsinə göndərə bilər. Düzəlişin məzmunu ilə bağlı iradlar isə
qəbul edilmir.