
Bakı. Trend:
Azərbaycan etibarlı şəkildə fəaliyyət göstərən və geosiyasi
gərginliklər fonunda belə rəqabət qabiliyyətini sübut edən
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin
(Rusiya-Azərbaycan-İran) infrastrukturunu fəal şəkildə
modernləşdirir.
Trend-in
məlumatına görə, bu barədə Baş nazirin müavini Şahin Mustafayev “Rusiya — İslam dünyası” (KazanForum-2026) Beynəlxalq İqtisadi
Forumunda bildirib.
Onun sözlərinə görə, Rusiya ilə müqavilələr çərçivəsində dəmir
yolu infrastrukturunun genişləndirilməsi üzrə işlər aparılır.
Layihələrin 2028-ci ildə başa çatdırılması planlaşdırılır ki, bu da
əvvəlcə ötürmə qabiliyyətini 5 milyon tona, sonradan isə ildə 15
milyon tona çatdıracaq.
O qeyd edib ki, xüsusilə Azərbaycan-İran sərhədində Astara
terminalı və Fars körfəzinə çıxışı olan dəhlizin rəqabət
qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq Rəşt-Astara hissəsinin
tikintisi vacibdir.

