Bakı. Trend:
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın
Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində
(EBSL) ikinci oyuna çıxıb.
B Liqasının B qrupunda yer alan milli Slovakiya yığması ilə
qarşılaşıb.
Batumi çimərlik meydançasında reallaşan görüş komandamızın 4:2
hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Elçin
Qasımov, Kamran Qürbətov, Ramil Əliyev və Orxan Məmmədov
vurublar.
Qeyd edək ki, qrupdakı ilk oyunda İngiltərə yığmasını 8:3 hesabı
ilə məğlub edən Azərbaycan millisi üçüncü matçını iyulun 17-də
Latviya seçməsinə qarşı keçirəcək.

