Bakı. Trend:
NATO Qrenlandiya ətrafında baş verən hadisələr kontekstində
Arktikada təhlükəsizliyi gücləndirmək üçün müdafiə missiyasını
planlaşdırmağa başlayır.
Trend-in məlumatına görə, bu barədə “RTBF” televiziya kanalı
xəbər verib.
“NATO-nun “Arctic Sentry” adlandırılan gücləndirilmiş müşahidə
fəaliyyətinin planlaşdırılması başlayıb”, – deyə NATO-nun Birləşmiş
Silahlı Qüvvələrin Avropadakı Ali Qərargahının sözçüsü polkovnik
Martin O’Donnel bildirib.
“Bu əməliyyat NATO-nun Arktikada və Uzaq Şimalda mövqeyini daha
da gücləndirəcək”, – deyə o əlavə edib.
Bu mərhələdə missiyanın dəqiq mahiyyəti, vaxtı və
yerləşdiriləcək resurslar göstərilməyib.

