Nazirlik rəsmisi: “Bakıda bir çox beynəlxalq tədbirlər keçirilməsi nəzərdə tutulub”

Baş səhifə
Nazirlik rəsmisi: Bakıda bir çox beynəlxalq tədbirlər keçirilməsi nəzərdə tutulub

“Dünya İdman Paytaxtı” seçilməsi ilə əlaqədar Bakıda bir çox beynəlxalq tədbirlər keçirilməsi nəzərdə tutulub.

“Report”un məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Bakının “Dünya İdman Paytaxtı” elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasiminin ardından jurmqlistlərə açıqlamasında deyib.

“Bu gün rəsmi olaraq Bakı “Dünya İdman Paytaxtı” seçildi. Bildirmək istərdim ki, Bakıda bununla bağlı bir çox beynəlxalq tədbirlər keçirilməsi nəzərdə tutulub. Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasına təşəkkürümüzü bildiririk ki, beynəlxalq tədbirlərin Bakıda keçirilməsi üçün şərait yaradılacaq. Bakıda bir çox beynəlxalq yarışlar təşkil olunacaq”.