Bakı. Trend:
Amerika Birləşmiş Ştatları Kolumbiya prezidenti Qusatov Petronun
vizasını ləğv etmək qərarına gəlib. Buna səbəb onun Amerika
əsgərləri ilə bağlı bəyanatı olub.
Trend xəbər verir
ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi X səhifəsində
məlumat yayılıb.
Qeyd olunub ki, Petro Nyu-York küçələrinə çıxaraq hərbçiləri
əmrlərə tabe olmamağa çağırıb və onları zorakılığa təşviq edib.
“Biz Petronun düşüncəsiz və araqızışdıran addımlarına cavab
olaraq, onun vizasını ləğv edəcəyik”, – deyə Dövlət Departamentinin
bəyanatında bildirilib.
Bundan əvvəl Qustavo Petro ABŞ-nin miqrantların hüquqlarına
hörmət etmək niyyətində olmadığını bildirərək, Azadlıq heykəlinin
Nyu-Yorkdan Kolumbiyanın Kartaxena şəhərinə köçürülməsini təklif
etmişdi.

