Trixoloq başda çıxan sızanaqların səbəblərini açıqlayıb

Dünya


“Başdakı sızanaqlar bir çox xəstəliklərin nəticəsidir”

Bunu rusiyalı trixoloq və kosmetoloq Anastasiya Kurskaya bildirib.

Çox vaxt başdakı sızanaqlar yağ vəzilərinin həddindən artıq ifrazından qaynaqlanır. Mütəxəssisin fikrincə, ifrazın səviyyəsi və nəticədə baş dərisində sızanaqların yaranması riskinin artması hamiləlik və yetkinlik kimi hormonal dəyişikliklərlə bağlıdır.

“Həmçinin, bu xoşagəlməz vəziyyətin gözlənilməz səbəbi uzunmüddətli və ya qısamüddətli stres ola bilər. Bundan əlavə, baş dərisindəki sızanaqlar bakterial infeksiya, saç dərisinə düzgün qulluq edilməməsi və ya müxtəlif saç baxım vasitələrinin istifadəsi nəticəsində yaranan allergiya ola bilər. Bəzən baş dərisində sızanaq dermatit və ya pullu dəmrov kimi tibbi problemlərin nəticəsi ola bilər”, deyə həkim əlavə edib.

Mənbə: championat.com

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir