Cəlilabad sakini bədbəxt hadisə nəticəsində həlak olub – FOTO

Cəmiyyət


Cəlilabad rayon sakini Rusiyanın Dağıstan Respublikasında baş verən bədbəxt hadisə nəticəsində həlak olub.

“resmixeber.az”un Muğan bürosunun məlumatına görə, hadisə Qarabudaqkənd rayonunda qeydə alınıb.

Belə ki, bədbəxt hadisə tikilməkdə olan binaya beton örtüyü tökülən zaman baş verib. Nəticədə Cəlilabad rayonunun Təklə kənd sakini 1997-ci il təvəllüdlü Hilal Həsənov uçqun altında qalaraq həlak olub.

Mərhum doğulduğu Cəlilabad rayonunda dəfn olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir