Binəqədidə kafedə yanğın olub – VİDEO

Cəmiyyət


Binəqədi rayonu, Binəqədi-Xırdalan şosesində yerləşən kafedə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yatıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 160 kvadratmetr olan kafedə baş verdiyi, genişlənərək bitişik obyektlərə keçmək riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində kafenin mətbəxində 5 kvadratmetr sahədə əşyalar, 10 kvadratmetr sahədə tavan və 80 kvadratmetr sahədə dam örtüyü yanıb. Kafenin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir