Bakı. Trend:
Yaponiyanın qəza vəziyyətində olan “Fukuşima-1” atom elektrik
stansiyasının operatoru olan “TEPCO” şirkəti son bir neçə gündə
təcili siqnalizasiyanın işə düşməsi səbəbindən ikinci dəfə
dayandırılan təmizlənmiş suyun axıdılmasını bərpa edib.
Bu barədə şirkətin bildirişində qeyd olunub.
Siqnalizasiyanın işə düşməsinə səbəb nasos stansiyalarında suyun
həcminin azalması olub. Lakin aparılan yoxlamalar zamanı heç bir
pozuntu aşkarlanmayıb, sızma faktı qeydə alınmayıb. Bundan əvvəl,
iyunun 10-da da siqnalizasiyanın işə düşməsi səbəbindən suyun
axıdılması dayandırılmış, lakin sonradan bərpa edilib.
Stansiyada hazırda təmizlənmiş suyun buraxılmasının iyirminci
mərhələsi həyata keçirilir və əvvəlki mərhələlərdə olduğu kimi, bu
mərhələdə də okeana 7800 ton suyun buraxılması nəzərdə tutulur.

