
Bakı. Trend:
Rusiyanın Kaluqa hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq
edilib.
Bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
“Təyyarələrin gəlişi və yola düşməsinə müvəqqəti məhdudiyyətlər
tətbiq olunub”, – deyə açıqlamada bildirilir.
Oxşar məhdudiyyətlər Tambov hava limanında da qüvvədədir.

